Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi

25.07.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astara rayonunda məsciddə azyaşlılara dini dərnəklər təşkil edən şəxs müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, 1985-ci il təvəllüdlü şəxs rayonun Şahağacı məscidində azyaşlılara dini dərnək təşkil edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib.

Həmin şəxs izahatında göstərib ki, heç bir dərnək və dərs təşkil etməyib, uşaqlar yaxınlaşaraq ərəb hərfləri öyrənmək istədiklərini bildirib, o da bildiklərini onalara öyrətməyə çalışıb.

Astara Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1500 manat miqdarında cərimə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью