Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

11.11.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

Astara rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə bu gün saat 09:45 radələrində rayonun Deqədi kəndi ərazisində baş verib.

“Mercedes” markalı mikroavtobusun sürücüsü Telman Xudaquliyev Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən təkər partlayıb. Nəticədə sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Qəza zamanı mikroavtobusda 14 sərnişin olub. Onlardan ikisi – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə nəqliyyat vasitələrinin texniki vəziyyətinə mütəmadi nəzarət etməyi tövsiyə edib.

İdarə avtomobillərin reysqabağı texniki müayinədən keçirilməsinin vacibliyini vurğulayıb və texniki nasazlığı olan, təhlükəsizlik normalarına cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmamağa çağırıb.

AzPost.az

Post navigation

Previous: Gələn il böyük sosial paket olacaq – Maaş və pensiyalar nə qədər artacaq?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью