Astarada millət vəkilinin seçicilərlə görüşü olub FOTOLAR

26.01.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün millət vəkili, Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasında vətəndaşlarla görüş keçirib. Qəbulda təxminən 25-ə yaxın rayon sakini iştirak edib.

Görüş zamanı əsasən həlli vacib olan sosial məsələlər, səhiyyə ilə bağlı müraciətlər, məşğulluq problemləri, eləcə də digər yerli məsələlər müzakirə olunub. Vətəndaşlar tərəfindən irəli sürülən müraciət və təkliflərin araşdırılması üçün müvafiq istiqamətlər üzrə qeydiyyat aparılıb, onların qanuna müvafiq həyata keçirilməsi nəzarətə götürülüb.

Səmimi şəkildə keçən, qəbildə olan vətəndaşların razılığına səbəb olan görüşdə, həmçinin Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak edib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью