Astarada molla məsciddə bıçaqlandı | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Astara rayonunda molla məsciddə bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində yerləşən Giləkəran məscidində baş verib.
Rayonun Ərçivan qəsəbə sakini Ceyhun Babayevin (soyad şərtidir) qızının əri Seyidəzim bankdan kredit götürərkən uzaq qohumu Azadın həyat yoldaşı ona zamin dayanıb.
Bir müddətdən sonra Azad Seyidəzimlə görüşərək, həyat yoldaşının adının zaminlikdən çıxarılmasını istəyib.
Seyidəzim isə ona söz verib ki, bir ay müddətində məsələni həll edəcək.
Hadisədən iki ay keçməsinə baxmayaraq, Azadın həyat yoldaşının adı zaminlikdən çıxmayıb.
Azad bunun səbəbini öyrənmək üçün Seyidəzimin evinə getsə də, ev sahibinin həyat yoldaşı ərinin evdə olmadığını bildirib.
Nəticədə, Azadla qadın arasında mübahisə yaranıb. Geri qayıdan Azad məsciddə Ceyhunu görüb və qızının onu təhqir etdiyini bildirib.
Tam oxu
Xəbəri oxu