Astarada Niva 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ VİDEO

07.10.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Astarada ölümlə nəticələnən qəza barədə məlumat yayıb.

İdarədən Avtosfer.az-a verilən xəbərə görə, Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb yolun yağışlı hava ilə əlaqədar sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar oxşar hadisələrin artması ehtimalını nəzərə alaraq, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edir, sürücüləri yol və hava şəraitini hər zaman diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa, avtomobillərinin texniki xarakteristikasının onun keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirməyə çağırır!", məlumatda deyilir.

bax.tvhttps://player.bax.tv/embed/227622.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью