Astarada Niva aşıb, sürücü hadisə yerində ölüb

06.10.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Hamuşam kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Əlikram Ağayev idarə etdiyi VAZ-2121 (Niva) markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Sürücü Ə.Ağayev hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, Əlikram Ağayev əvvəllər kənd məktəblərinin birində müəllim işləyib. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью