Astarada piyadanı vurub qaçan sürücü saxlanılıb

12.03.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Astarada piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, martın 12-də saat 03 radələrində 1996-cı il təvəllüdlü R.Kazımzadə idarə etdiyi minik avtomobili ilə Astara şəhəri ərazisində piyada 1976-cı il təvəllüdlü Fuad Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью