Astarada qatar 34 yaşlı piadanı vurdu

07.12.2024

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astarada qatar piyadanı vurub.

Lent.az-ın verdiyi xəbərə görə hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Astara rayonunun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.

Əsasən ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью