Astarada qatar piyadanı vurdu

07.12.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astara rayonunda qatar piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Belə ki, Astara rayonun Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub. Ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью