Astarada qatar piyadanı vurdu Ayağı amputasiya olundu

07.12.2024

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astarada qatar piyadanı vurub.

Bakupost.az xəbər verir ki, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Əməliyyat zamanı 34 yaşlı M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.

Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью