Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astara rayonunda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində azyaşlı ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.
Hərəkətdə olan iki VAZ-2107 markalı avtomobil toqquşub. Toqquşma zamanı avtomobillərdən birində olan, Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə xəsarət alıb.
Yaralı azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.