Astarada QƏZA baş verdi: Piyada ÖLDÜ

13.03.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, rayonun Ojakəran kənd sakini 1996-ci il təvəllüdlü Röyal Kazımzadənin etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz C-klass" markalı avtomobili ilə rayonun S.Vurğun küçəsi ilə hərəkət edərkən, həmin küçə istiqamətində yolu keçən 1976-ci il təvəllüdlü Ərçivan qəsəbəsi sakini Fuad Nuriyevi vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Astara RPŞ-nin İB-da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью