Astarada tələbə dənizdə boğularaq ölüb YENİLƏNİB | Icma.az
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Astarada dənizdə boğularaq ölən tələbənin kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astarada dənizdə boğularaq ölən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarovdur.
Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.
Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb. *** 18:50 Astarada tələbə dənizdə boğulub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayon sakini, Astarada kollecdə təhsil alan şəxs çimərlikdə boğularaq ölüb.
Onun meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu