Astarada üç nəfər bıçaqlanıb

19.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Astarada bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilib. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью