Astarada vətəndaşlar arasında maarifləndirmə tədbirləri keçirilib FOTO VİDEO

26.11.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Astarada vətəndaşlar arasında maarifləndirmə tədbirləri keçirilib

DİN-in Mətbuat Xidmətinin Lənkəran regiona qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparıb və zəruri məlumatlar veriblər. Vətəndaşlara izah olunub ki, kiberdələduzların qurbanı olmamaq üçün müxtəlif sayt və sosial şəbəkələrdə şirnikləndirici vədlərə aldanıb şübhəli linklərə keçid edilməməli, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.
Bu mövzuda hazırlanmış məlumatverici elanlar sürücülərə paylanıb, əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının yaxınlığında asılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью