Astarada yağışdan sonra yaranan TƏHLÜKƏ: Maşınlar sıradan çıxıb

08.05.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Son günlər intensiv yağışlardan sonra Astaranın ucqar dağ kəndlərində çökmələr və uçqunlar baş verib.

Problem əsasən Pensər-Toradi avtomobil yolunda, Hamoşam kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunur.

"Yollarımızın hamısı bərbad vəziyyətdədir. Yağışa görə qaya parçaları yola tökülür. Maşınlar rahat hərəkət edə bilmir. Gücləri nəyə çatırsa, təmizləyirlər, qalanları isə yolun kənarında qalır", - sakinlər söyləyiblər.

Ətraflı Baku TV-nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью