Astarada yaşayış evində 48 yaşlı kişi meyiti tapılıb

17.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Astarada 48 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

APA-nın cənub bürosunun məlumatına görə, Astara şəhər sakini, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti onun yaşadığı ünvanda tapılıb.

İlkin ehtimallara əsasən, Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.

Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində tanınmış bərbər kimi fəaliyyət göstərib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью