Demokrat.az saytına istinadən Icma.az xəbər verir. Astara rayonunda yeznə-qayın arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Astara rayonunun Xıçəso kəndində baş verib.
Rayonun Ovala kənd sakini, 1988-ci il təvəllüdlü Mübariz qayını Adil (adlar şərtidir – red.) ilə arasında yaşadığı evdə şəxsi münasibətlər zəmində baş verən mübahisə zamanı onun sol əlinə meyvə bıçağı ilə vurub.
Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Astara rayonunun Ovala kəndində yaşayır, evlidir, 1 uşağı var və rəsmi olaraq heç bir yerdə işləmir: “Zərərçəkmiş Adil mənim arvadım Fatimənin qardaşıdır.
Fatimə xəstə olduğu üçün qardaşı Adilin evinə getdi. Arvadım Fatimə evə qayıtmadığı üçün hadisə günü saat 21:00-da içkili vəziyyətdə Astara
Adilin evində olan zaman arvadım ilə evə qayıtmadığına görə mübahisə etdim.