Astarada yol nəqliyyat hadisəsində 1 nəfər öldü

09.02.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 9-da saat 8 radələrində Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobili ilə motosiklet toqquşub.

Gununsesi.info xəbər verir ki, Avsəl Ocaqovun idarə etdiyi “Vaz” markalı minik avtomobili ilə Nizami Əskərovun idarə etdiyi motosiklet toqquşub. Qəza nəticəsində Nizami Əskərov hadisə yerində ölüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью