Astarada yol qəzası baş verib Qaz xətti zədələnib, beş kənddə qaz kəsilib

22.11.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Astaranın Ərçivan qəsəbəsində yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, VAZ-2107 markalı avtomobilin yoldan çıxaraq qaz xəttinə çırpılması nəticəsində xətt zədələnib.

Hadisə ilə əlaqədar səhər saatlarından etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Əraziyə qaz qəza xidmətinin əməkdaşları cəlb edilib, təmir-bərpa işləri aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью