Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astarada 5 kəndin qaz təchizatının dayandırılmasına səbəb olan yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Redaktor.az xəbər verir ki, səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarından keçən qaz xəttinə çırpılıb. Qaz xəttinin zədələnməsi səbəbindən 5 kəndin qaz təchizatında fasilə yaranıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.
Redaktor.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır (APA).