Astaradakı yanğında körpələrlə birgə babaları da YANDI

21.02.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Astarada iki mərtəbəli evdə baş verən yanğının bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kijəbə ərazi vahidliyinə daxil olan Burzubənd kəndində baş verib.
İki mərtəbəli yaşayış evində baş verən yanğın zamanı 1 və 2 yaşlı uşaqlar – oğlan və qız həyatını itirib. Onların aşağı mərtəbədə olduğu bildirilir.
Yanğın zamanı uşaqların babası, 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov ciddi xəsarət alıb. O, sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью