Astarda qəza: maşın piyadanı vurub öldürdü

17.11.2024

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Astara rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Pensər kəndində baş verib. Pensər kənd sakini 1985-ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və piyada Xəyalə Məzahir qızı Nəsirovanı vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəqliyyat vasitəsi yol kənarındakı internet dirəyinə çırpılaraq dirəyi də sıradan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью