ASTF rəsmiləri beynəlxalq qurumun konqresində iştirak ediblər

16.10.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) rəsmiləri Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbəti konqresində iştirak ediblər.

Apasport.azxəbər verir ki, tədbir Xorvatiyanın Zadar şəhərində baş tutub. ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın da qatıldığı tədbirdə ASTB-yə üzv ölkələrin numayəndələri iştirak ediblər.

Konqresdə ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr diqqətə çatdırılıb. ASTB rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, stolüstü tennisin inkişafı istiqamətində uğurlar arzulanıb.

III MDB Oyunları: Stolüstü tennisçilər daha bir mükafat qazanıblar III MDB Oyunları: Üç stolüstü tennisçimiz finalda - FOTO Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıb İdmançılarımız MDB Oyunlarının finalında Stolüstü tennisçilərimiz MDB Oyunlarının finalında
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью