Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tədqiqatçılar astma tutmalarına qarşı inqilabi bir inyeksiya müalicəsi hazırladıqlarını elan ediblər.
Yenicag.az haberler.com-a istinadən xəbər verir ki, yeni metod hazırkı müalicə üsulları ilə müqayisədə xəstələrin həyat keyfiyyətində əhəmiyyətli irəliləyişləri təmin edir.
Bu müalicədə istifadə edilən inyeksiya, astma tutması zamanı və Xroniki Obstruktiv Ağciyər Xəstəliyində (KOAH) immun sisteminin bəzi hissələrinə təyziq göstərir.
Benralizumab adlı maddə hazırda ağır hallarda istifadə olunur, lakin son tədqiqat bu dərmanın astma tutmalarında rutin olaraq tətbiq edilə biləcəyini göstərir.
Kings College London-dan olan tədqiqatçılar bu dərmanın astma müalicəsində inqilabi rol oynaya biləcəyini bildiriblər.
Araşdırmada müəyyən edilib ki, bütün astma və KOAH tutmaları eyni şəkildə keçmir.
Maddə ağ qan hüceyrələrindən biri olan və iltihaba, həmçinin ağciyərlərdə zədələnməyə səbəb olan eozinofilləri hədəfə alır.