Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Astma tutmalarının əsas səbəblərindən birinin soyuq hava olduğunu bildirən uzman həkim Ari
Milyonlarla insanın ortaq problemi olan astma tutmaları soyuq hava ilə daha da şiddətlənə bilər.
Qaynarinfo xəbər verir ki, türkiyəli uzman doktor Arif Keleşoğlu qış aylarında artan astma simptomlarının düzgün müalicə və sadə tədbirlərlə nəzarət altına alına biləcəyini vurğulayır.
O, astmanın ağciyərlərdəki hava yollarının geri dönə bilən şəkildə daralması ilə xarakterizə olunan bir xəstəlik olduğunu bildirərək deyib: "Türkiyədə əhalinin təxminən 5-7%-nin astmadan əziyyət çəkdiyi təxmin edilir.
Qrip və digər virus infeksiyaları, toz, iy, qaz və tüstü kimi amillər astma tutmalarını tetikleyə bilər.
Xüsusilə soyuq hava, qış aylarında astma tutmalarının daha tez-tez baş verməsinə səbəb olur". Soyuq hava astmanı necə sürətləndirir?
Soyuq və quru hava, nəfəs yollarını qıcıqlandıraraq öskürək, xırıltı və nəfəs darlığına səbəb ola bilər. Dr.
Keleşoğlu bu barədə belə deyir: "Astma tutmasının tetiklenmesi bir çox faktorla bağlıdır. Soyuq hava da bu faktorlar arasındadır.