“Aston Martin” daha güclü mühərriklərlə mübarizəyə qayıtmaq istəyir

23.07.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Britaniyanın “Aston Martin” komandası yeni texniki paketlə Formula 1-də yenidən mübarizəyə qayıtmağı hədəfləyir.

İdman.Biz “Röyters”ə istinadən xəbər verir ki, komandanın trek üzrə rəhbəri Mayk Krak Macarıstan Qran-prisi üçün hazırlıq işlərindən danışıb. Onun sözlərinə görə, hazırlanan yeni şassi, aerodinamik yeniliklər və çəki azaldılması komandanın vəziyyətini yaxşılaşdıra bilər.

“Aston Martin” hazırda konstruktorlar çempionatında 11 komanda arasında 10-cu yerdədir və 10 yarışdan sonra cəmi 1 xal toplayıb.

“Son yarışlarda rəqabətdən uzaq idik. Əsas məqsəd yenidən oyuna qayıtmaqdır”, – deyə Krak bildirib.

Komanda avqustun sonunda keçiriləcək Niderland Qran-prisində daha güclü “Honda” mühərriki də əldə edəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью