Aston Martin dən Maks Ferstappenə rekord təklif

18.04.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Aston Martin"in Formula-1 üzrə 4 qat dünya çempionu Maks Ferstappenə verdiyi təklif bəlli olub.

İdman.biz xəbər verir ki, "Red Bull"in niderlandlı pilotuna 3 ilə 264 milyon avro maaş ödəniləcək.

İtaliya mətbuatı rekord müqavilənin maliyyə dəstəyinin Səudiyyə Ərəbistanındakı fondlardan birinin həyata keçirəcəyini yazıb. Məlumatda ərəblərin "Aston Martin"in səhmlərini almaqda maraqlı olduğu da bildirilib.

Qeyd edək ki, ötən mövsümdə "Red Bull"un uğurlarında böyük pay sahibi olan mühəndis Edrian Nyui "Aston Martin"ə keçib. Məhz bundan sonra Ferstappenin də eyni addımı atacağı xəbərləri yayılmışdı.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью