“Aston Martin”dən yayılan söz söhbətlərə cavab gəldi

11.02.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Formula-1"də çıxış edən “Aston Martin” komandası strategiya direktoru Endi Kauelin komandadan ayrılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, rəsmi açıqlamada britaniyalı mütəxəssisin kollektivdəki fəaliyyətini davam etdirdiyi vurğulanıb.

Bəyanatda qeyd olunub ki, Endi Kauell strategiya direktoru kimi "Aston Martin" komandasının işində tam şəkildə iştirak edir. O, yeni güc qurğusunun, yanacağın və şassinin problemsiz inteqrasiyasını təmin etmək üçün texniki tərəfdaşlıqların optimallaşdırılmasına kömək edir.

Xatırladaq ki, daha əvvəl mediada mühəndisin vəzifəsinin təşkilat daxilində dəyişməsi səbəbindən 2026-cı ilin iyununda komandadan ayrıla biləcəyi barədə xəbərlər yayılmışdı.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью