Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə Premyer Liqa klublarından "Aston Villa" heyətini türk futbolçu ilə gücləndirib.News24.az oxu.az-a istinadən xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda "Kasımpaşa"da forma geyən Yasin Özcanı transfer edib."Aston Villa" bu transfer üçün Türkiyə təmsilçisinə 8 milyon avro ödəməli olacaq.18 yaşlı futbolçu yanvar ayından etibarən Premyer Liqa klubunda çıxış edəcək.Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm çıxdığı 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
News24.azMəqaləyə dair fotomateriallar: Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.