Aston Villa 18 yaşlı türkiyəli futbolçu üçün səkkiz milyon avro ödəyib

25.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqa klublarından "Aston Villa" heyətini türk futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda "Kasımpaşa"da forma geyən Yasin Özcanı transfer edib.

"Aston Villa" bu transfer üçün Türkiyə təmsilçisinə 8 milyon avro ödəməli olacaq.

18 yaşlı futbolçu yanvar ayından etibarən Premyer Liqa klubunda çıxış edəcək.

Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm çıxdığı 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью