Aston Villa Belçikada gərgin oyunda Brügge ni üstələdi Çempionlar Liqası

08.09.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

​UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən matçda İngiltərənin "Aston Villa" klubu səfərdə Belçikanın "Brügge" komandasının qonağı olub. Qollarla zəngin keçən dramatik qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

​Redaktor.az xəbər verir ki, oyunun ilk dəqiqələrindən hücumameyilli futbol nümayiş etdirən Birmingem təmsilçisi 11-ci dəqiqədə Xon Makginnin qolu ilə hesabı açıb. Meydan sahibləri 19-cu dəqiqədə Hüqo Vetlesenlə balansı bərpa etsələr də, "Aston Villa" tezliklə nəzarəti yenidən ələ alıb. 22-ci dəqiqədə Emiliano Buendia, 43-cü dəqiqədə isə Nikolas Cekson rəqib qapısına yol taparaq fasiləyə qonaqların iki top fərqli üstünlüyü ilə girməsini təmin ediblər.

​Meydan sahibləri ikinci hissədə təşəbbüsü ələ alaraq fərqi azaltmağa müvəffəq olublar. Matçın 61-ci dəqiqəsində təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Nikolo Tresoldi hesabı 2:3 edib.

Qarşılaşmanın qalan dəqiqələrində "Brügge"nin təzyiqinə baxmayaraq, hesab dəyişməz qalıb.

Turan ASLAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью