Icma.az, Fanat portalına istinadən məlumat yayır.
“Aston Villa” hücum xəttində dəyişiklik etməyə hazırlaşır. İngiltərə mətbuatının məlumatına görə, klub mövsümə zəif başlayan Olli Uotkinsin əvəzinə yeni hücumçu transferi barədə düşünür.
Fanat.Az xəbər verir ki, “Villa”nın əsas hədəflərindən biri “Brentford”un parlayan futbolçusu İqor Tiaqodur.
Hazırkı mövsümün statistikası “Aston Villa”nın niyə belə qərar verdiyini açıq şəkildə göstərir. İqor Tiaqo bu mövsüm 13 matçda 11 qol vuraraq Premyer Liqanın ən məhsuldar forvardları arasında yer alıb. “Aston Villa”nın əsas hücumçusu Uotkins isə 12 oyunda cəmi 1 qolla kifayətlənib.
Klub rəhbərliyinin məhsuldarlıq problemini həll etmək üçün qış transfer pəncərəsində ön xətti yeniləməyi düşündüyü bildirilir. Tiaqonun “Villa” üçün ideal namizəd kimi dəyərləndirildiyi vurğulanır.
Kamil Xudiyev