Aston Villa da oynadığım günlər üçün darıxıram Yuventus un futbolçusu

12.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Yuventus"un 27 yaşlı yarımmüdafiəçisi Duqlas Luis 5 il formasını geyindiyi "Aston Villa"ya olan hisslərindən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Aston Villa"da oynadığım günlər üçün darıxıram. "Villa Park"dan ötrü də həmçinin... Bütün bunları yadıma salanda darıxıram. "Villa"nı həmişə qəlbimdə gəzdirəcəm".

Qeyd edək ki, orta xətt oyunçusu cari mövsüm bütün turnirlərdə 25 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Luisin Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 38 milyon avro ilə dəyərləndirir.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью