Aston Villa dan Barselona ya 50 milyonluq təklif

07.04.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Aston Villa" "Barselona"nın hücumçusu Ferran Torreslə maraqlanır.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu artıq bir neçə aydır ki, ispaniyalıya iddialı klublar sırasındadır.

Kataloniya klubunun start heyətində daimi yeri olmayan 25 yaşlı futbolçu üçün Birmingem klubu "Barselona"ya 50 milyon avro təklif etməyə hazırdır.

"Transfermarkt" Ferran Torresin dəyərini 28 milyon avro olaraq qiymətləndirir.

Forvard bu mövsümdə Hans-Diter Flikin komandasının heyətində 36 matçda 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
 

La Liqa: Lider xal itkisi ilə üzləşdi - VİDEO Onun üçün mövsüm başa çatdı: Əməliyyat olundu Emreli oynadı, komandası məğlub oldu Braziliyalıdan maraqlı qol sevinci - VİDEO “Fənər”in cəzası müəyyənləşdi - 3 matç iştirak edə bilməyəcəklər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью