Aston Villa dünya çempionu üçün 40 milyon avro tələb edir

21.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Aston Villa" cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Emiliano Martinesin dəyərini müəyyənləşdirib.

Oxu.Az "talkSPORT"a istinadən xəbər verir ki, Birmingem təmsilçisi argentinalı qapıçı üçün 40 milyon avro tələb edir.

E.Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, klubda ümumilikdə 211 oyuna çıxıb.

32 yaşlı qapıçı ilə "Mançester Yunayted" və "Atletiko Madrid" maraqlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью