Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra finalçılar müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Almaniyanın “Frayburq” klubu doğma meydanda Portuqaliya təmsilçisi “Braqa”nı qəbul edib.
İlk görüşdə 1:2 hesabı ilə məğlub olan almanlar cavab matçında inamlı qələbə qazanaraq (3:1) adlarını finala yazdırıblar.
Digər yarımfinal qarşılaşmasında isə İngiltərə klubları üz-üzə gəlib. Səfərdəki ilk oyunda “Nottinqem Forest”ə minimal hesabla (0:1) uduzan “Aston Villa” öz meydanında darmadağınla qələbə qazanıb. Rəqibini 4:0 hesabı ilə üstələyən Birminhem təmsilçisi finala vəsiqəni təmin edib.
Qeyd edək ki, turnirin həlledici final matçı mayın 20-də İstanbulda keçiriləcək. Kubok uğrunda “Aston Villa” və “Frayburq” kollektivləri mübarizə aparacaqlar.