Aston Villa Fransa klubunun bombardirini transfer etməyə çox yaxındır

05.08.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Evan Gessan “Aston Villa”ya keçməyə yaxındır.

Sportal.az xəbər verir ki, "L’Équipe"nin məlumatına görə, “Nitsa”nın ən yaxşı bombardiri 35 milyon avro müqabilində Premyer Liqa klubuna transfer olunacaq və tərəflər artıq transfer şərtlərində razılığa gəliblər. Futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.

24 yaşlı Fil Dişi Sahili millisinin üzvünün çərşənbə günü İngiltərəyə gələrək tibbi müayinədən keçməsi planlaşdırılır.

Qeyd edək ki, Gessan ötən mövsüm Liqa 1-də 33 oyunda 12 qol vuraraq “Nitsa”nın ən məhsuldar futbolçusu olub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью