Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Aston Villa" "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini bitirməyə çox yaxındır.
Fanat.Az insayder Santi Aounaya istinadən xəbər verir ki, Birmingem klubu bonuslar da daxil olmaqla London təmsilçisinə 70 milyon avroluq rəsmi paket təklif edib.
"Çelsi" rəhbərliyinin bu cəlbedici təklifi qəbul edəcəyi gözlənilir.
Transferin tam rəsmiləşməsi üçün klub daxilində Seneqal millisinin hücumçusu ilə şəxsi şərtlər üzrə son detalların razılaşdırılması qalır.