Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Qalatasaray” UEFA Çempionlar Liqasının V turunda doğma meydanda “Aston Villa”nı qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandasına qələbə qazandıran yeganə qolun müəllifi Deniz Gül isə əməliyyat olunacaq. 77-ci dəqiqədə fərqlənən hücumçu baş zərbəsi zamanı burnunu sındırıb.
Görüş davam edərkən futbolçunun burnuna tikiş qoyulub. O, bu gecə əməliyyat olunacaq.
Deniz Gülün gələn həftə Türkiyə Super Liqasında “Beşiktaş”la keçiriləcək derbidə iştirak edib-etməyəcəyi cərrahi müdaxilədən sonra bəlli olacaq.
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək Okan Buruk: “Xəyallarımıza çatmaq üçün vacib fürsətdir” Azərbaycanın U-15 millisi təlim-məşq toplanışına start verib “Barselona” Bakıya 4 itki ilə gəlir – Heyət açıqlandı "Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər