Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Aston Villa" Madrid "Atletiko"sunun müdafiəçisi Matteo Rudjerinin transferini bitirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
24 yaşlı italyan futbolçu İngiltərə təmsilçisi ilə müddəti 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. "Roma" və A Seriyasının bir neçə klubu müdafiəçinin xidmətində maraqlı olsa da, müdafiəçi Premyer Liqada oynamağa üstünlük verib.
Qeyd edək ki, Rudjeri ötən mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 47 oyun keçirib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.