Aston Villa Makkabi Təl Əviv matçında azarkeş qadağası

17.10.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Aston Villa" - "Makkabi Təl-Əviv" oyununda qonaq komanda azarkeşləri tribunalarda yer almayacaq. 

Apasport.az xəbər verir ki, bu barədə "Aston Villa" klubu bəyanat yayıb. 

Qərara əsasən, İsrail klubunun azarkeşləri noyabrın 6-da UEFA Avropa Liqası çərçivəsində "Aston Villa" ilə səfər matçına buraxılmayacaq:

"Klubumuz bütün proses boyunca "Makkabi Tel-Əviv" və yerli hakimiyyət orqanları ilə daimi əlaqə saxlayıb. Azarkeşlərin və matçda iştirak edən yerli sakinlərin təhlükəsizliyi verilən hər bir qərarın əsasını təşkil edir" .

Xatırladaq ki, ötən mövsüm UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunun qonağı olan və 5:0 hesabı ilə uduzan "Makkabi Tel-Əviv" azarkeşləri iki gün şəhərdə iğtişaş yaradıblar.

Niderland polisinin hesabatına görə, İsrail tərəfdarları binanın fasadından asılan Fələstin bayrağını sökərək yandırıblar və maşınlara ziyan vurublar.

Hadisələrdə 62 nəfər saxlanılıb, 5 nəfər xəstəxanaya yerləşdirilib.

Oyarzabal La Liqada klubunu dəyişə bilər Tedesko almaniyalı futbolçunu komandasında görmək istəyir İsveç millisinin yeni baş məşqçisi müəyyənləşib “Qalatasaray”ın futbolçusu İtaliya klubunun radarında “Everton” kapitanını komandada saxladı - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью