Aston Villa Matteo Rucerini transfer etmək niyyətindədir

09.08.2026

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Aston Villa" klubu İspaniyanın "Atletiko" komandasının müdafiəçisi Matteo Rucerini transfer etmək niyyətindədir.

Hurriyyet.Media  "The Athletic"ə istinadən xəbər verir ki, klublar 24 yaşlı italyan futbolçunun keçidi üçün təxminən 20 milyon avro məbləğində ilkin razılıq əldə ediblər.

Müdafiəçi hazırda İngiltərə təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini müzakirə edir. Keçid hələ rəsmiləşməsə də, M.Ruceri "Aston Villa" ilə danışıqları davam etdirdiyi üçün "Atletiko"nun Cənubi Koreyadakı mövsümlərarası təlim-məşq toplanışına yollanmayıb.

İtalyan futbolçu 2025-ci ilin iyulundan "Atletiko"da çıxış edir və onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 47 matçda 7 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, "Transfermarkt" portalı müdafiəçinin dəyərini 28 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью