Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Liverpul”un sabiq müdafiəçisi, hazırda futbol eksperti kimi çalışan Ceymi Karrager “Aston Villa”dan üzr istəyib.
İdman.Biz xəbər verir ki, buna səbəb keçmiş futbolçunun Birmingem klubu və onun azarkeşləri haqqında təhqiramiz ifadələr işlətməsi olub. “Aston Villa” həmin açıqlamalardan sonra Karragerə qarşı məhkəməyə müraciət etmək niyyətini açıqlayıb.
Karrager daha əvvəl “Aston Villa”nın heç vaxt “Mançester Yunayted” səviyyəsinə çatmayacağını söyləyib. O, canlı yayım zamanı klubun azarkeşlərinə kobud şəkildə susmağı da tövsiyə edib.
Yaranmış qalmaqaldan sonra sabiq futbolçu X sosial şəbəkəsində üzrxahlıq edib:
“‘Aston Villa’dan, klubun sahiblərindən və azarkeşlərindən üzr istəmək istəyirəm. Bu həftə işlətdiyim ifadələr uğursuz və yanlış idi. ‘Aston Villa’ azarkeşlərini əmin edə bilərəm ki, bu, zarafat idi. Lakin sözlərimin belə qəbul olunmadığını başa düşürəm və buna görə üzr istəyirəm. Bu gün sizə uğurlar arzulayıram, ‘Aston Villa’!”