Icma.az, Fanat portalına istinadən məlumat verir. Birmingem təmsilçisi "Aston Villa" hücum xəttini daha da kəskinləşdirmək məqsədilə transfe
Fanat.Az xəbər verir ki, klub "Kristal Pelas"ın fransalı forvardı Jan-Filip Matetanın keçidində maraqlıdır.
Məşhur insayder Devid Ornşteynin xəbərinə əsasən, tərəflər arasında hücumçu mübadiləsi də istisna edilmir.
Belə ki, Matetanın qarşılığında Evan Guessanın digər istiqamətə yollanması ehtimalı masadadır.
Ötən mövsüm Premyer Liqada 16 qol vuraraq karyerasının ən məhsuldar dövrünü keçirən Mateta, Unay Emerinin taktiki planlarına tam uyğun gəlir.
Eyni zamanda klubun gündəmində olan Temmi Abrahamın transferi "Beşiktaş" və "Roma" arasındakı gərgin danışıqlar prosesi səbəbindən dalana dirənib.
Bu vəziyyət Birmingem klubunu diqqətini tamamilə 27 yaşlı Matetaya yönəltməyə vadar edib.
Kamil Xudiyev Abunə Ol Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.