Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Çelsi" klubunun rəhbərliyi hücum potensialını artırmaq üçün "Aston Villa"nın gənc ulduzu Morqan Rocersi transfer siyahısının ilk sırasına daxil edib.
Fanat.Az xəbər verir ki, londonlular Rocersi komandanın lideri Kol Palmer ilə yenidən bir araya gətirmək istəyir.
"TEAMtalk" nəşrinin xəbərinə görə, "Çelsi" bu iki futbolçunun bir-birini tamamlayan oyun üslubundan yararlanmağı planlaşdırır. Morqan Rocers son vaxtlar göstərdiyi performansla Premyer Liqanın ən diqqətçəkən hücumameyilli yarımmüdafiəçilərindən birinə çevrilib.
Palmer və Rocersin keçmişdəki dostluq münasibətləri və meydandakı anlaşmaları bu transferin əsas səbəbi kimi göstərilir.
Kamil Xudiyev