“Aston Villa” onu məhkəməyə verə bilər

31.10.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Aston Villa” onu məhkəməyə verə bilər

“Aston Villa” sabiq futbolçu və futbol eksperti Ceymi Karrageri açıqlamalarına görə məhkəməyə verə bilər.

QOL.az xəbər verir ki, bu barədə klubun sahibi Nəsif Saviri "Reuters"ə açıqlamasında danışıb. 

“İngiltərə və Avropa futbolunda inkişafımıza mane olmağa heç kimə imkan verməyəcəyik”, - deyə klubun sahibi vurğulayıb.

Qeyd edək ki, Karrager daha əvvəl “Aston Villa”nın baş məşqçisi Unay Emerinin “Mançester Yunayted”ə mümkün keçidini şərh edərkən Birminqem klubunun azarkeşlərinə qarşı kobud ifadələr işlədib. O, həmçinin “Aston Villa”nın heç vaxt “Mançester Yunayted” səviyyəsinə çata bilməyəcəyini deyib.

Sabiq futbolçu daha sonra açıqlamalarının zarafat xarakteri daşıdığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью