Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Aston Villa" və "Pari Sent-Jermen" (PSJ) arasında baş tutan görüşdən öncə kuryoz hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, İngiltərənin Birmingem şəhərindəki "Villa Park" stadionunda keçirilən oyunöncəsi rəsmi mərasim zamanı protokol səhvi qeydə alınıb.
Belə ki, mərasimdə gözlənilmədən UEFA Çempionlar Liqası əvəzinə UEFA Avropa Liqasının himni səsləndirilib
Qısa müddət davam edən qarışıqlıqdan sonra Çempionlar Liqasının himni səsləndirilərək mərasim düzgün şəkildə başa çatdırılıb.
Hadisə sosial mediada geniş əks-səda doğurub. UEFA tərəfindən isə hələ ki, bu barədə rəsmi açıqlama edilməyib.