Aston Villa qvineyalı yarımmüdafiəçi üçün təklif hazırladı

02.07.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Selta"nın futbolçusu İlayş Moriba "Aston Villa"nın hədəfindədir. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Birmingem təmsilçisi 23 yaşlı futbolçu üçün 10-15 milyon avro arasında təklif etməyə hazırlaşır. Klubu isə qvineyalı yarımmüdafiəçi üçün 20 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Selta" ötən yay İlayş Moribanı "Leyptsiq"dən 5 milyon funt sterlinqə transfer etmişdi. Yarımmüdafiəçi başa çatan mövsümdə bütün turnirlərdə 41 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью