“Aston Villa” “Siti”yə çatdı

05.04.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XXXI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Aston Villa" öz meydanında mövsümün sürpriz komandalarından "Nottingem Forest"lə üz-üzə gəlib.

Ev sahiblərinin ilk hissədə vurduğu 2 qol matçın taleyini bəlli edib. Görüş "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 51-ə çatdıran Unay Emerinin yetirmələri eyni xala sahib "Mançester Siti" ilə 5-6-cı pillələri bölüşdürür.

İngiltərə Premyer Liqası
XXXI tur

20:30. “Aston Villa” - “Nottingem Forest” - 2:1

La Liqa: “Real”dan kritik xal itkisi “Arsenal” “Everton” səfərindən 1 xalla qayıdır A Seriyası: “Cenoa”dan minimalhesablı qələbə La Liqa: “Espanyol”dan darmadağın Bundesliqa: Lider 3 xalı 3 qolla qazandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью